Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev Dədəli kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib
Oktyabrın 11-də Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Dədəli kəndində olub.
Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən elektrik şəbəkəsinin yenidən qurulmasını, əkin sahələrində suvarılma üçün suyun yetərli olmaması ilə bağlı müraciətlər etmişlər. Rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə , yeni salınmış park və xiyabanlara görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, qısa müddətdə rayonumuzun nəzərəçarpacaq dərəcədə gözəlləşdiyini qeyd etdi.
Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.