17 oktyabr 2018- ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzində növbəti hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına nəzər salınıb. Qarşıda duran vəzifələrin görülməsinə dair məsələlər müzakirə olunub.
Rayonun idarə, təşkilat və müəssisələrinin, xidmət sahələri rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, ölkənin davamlı inkişafının təmin olunmasında möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Xaçmaz rayonunda aparılan abadlıq-quruculuq istiqamətində görülən işlərin şəhər sakinləri tərəfindən rəğbətlə qarşılandığını vurğulayan Şəmsəddin Xanbabayev deyib ki, rayonda reallaşdırılan sosial təyinatlı layihələr əhalinin bütün sahələrdə mövcud olan problemlərində öz müsbət həllini tapır.
2018-ci ilin 9 ayında rayon İcra Hakimiyyəti Başçısının aparatı, onun şöbələri, hüquq-mühafizə orqanları ilə birlikdə Respublika Prezidentinin Qərar, Fərman və Sərəncamlarını və ölkə daxilində həyata keçirilən siyasi xətti əldə rəhbər tutaraq ,rayonda iqtisadi inkişafı sürətləndirmək, ictimai-siyasi sabitliyi qorumaq , qanunların icrasını təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Cari ilin son 9 ayında görülmüş işlər haqqında Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova məruzə edərək bildirmişdir ki, hesabat dövrü rayonumuz üçün də bir sıra hadisələrlə əlamətdar olmuş, kifayət qədər böyük həcmli tikinti-quruculuq, abadlıq işləri görülmüşdür.
İlhamə Nəzərova bildirmişdir ki, 2018-ci ilin 9 ayında rayon üzrə Ümumdaxii məhsulun həcmi ötən dövr ilə müqayisədə 105% artaraq 349,85 mln manat, sənaye məhsulunun həcmi 199% artaraq 42,89 mln manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 103% artaraq 219,71 mln manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 112,8 % artarq 85,30 mln manat, pərakəndə əmtəə dövriyyəsi 116,2 % yüksələrək 346,06 mln manat, əsas kapitala yönəlmiş investisiyaların həcmi 3 dəfə artaraq 79,12 mln manat, adambaşına düşən pul gəlirləri 104 % artaraq 1968,8 manat, orta aylıq əmək haqqı 104,4 artaraq 334 manat təşkil etmişdir. Nəqliyyat sektorunda da artım 100,3 % təşkil edərək xidmətlərin həcmi 4,3 mln manat, rabitə xidmətlərinin isə həcmi 140% artaraq 1,17 mln manat müəyyən olunmuşdur. Hesabat dövründə ümumi sahəsi 15051 m² olan mənzil tikilib istifadəyə verilmişdir. Son hesabat rübündə rayonda daxili avtomobil yollarının asfaltlanma işləri ardıcıl olaraq davam etdirilmişdir. Xaçmaz-Niyazabad avtomobil yolunun 1,7 km hissəsinə yeni asfalt örtüyü çəkilmişdir. Yolun hərəkət hissəsi və piyada yolu daxil olmaqla ümumilikdə 23800 m2 ərazisi yeni asfalt ortüyü ilə döşənmişdir. Yol boyu asfalt-beton qarışığından səkilər tikilib, 1400 p/m uzunluqda beton səki və bardyur daşlar düzülüb. Yolun tikintisi zamanı 40 ədəd işıq dirəkləri quraşdırılmışdır.
Şəhərin N.Nərimanov küçəsində, H. Əliyev parkını yaxınlığında olan, beş sayda 5 mərtəbəli yaşayış binasının fasad hissəsinin milli arxitektura üslubunda üzlənmisi artıq başa çatmışdır.
Bundan əlavə rayonun çoxmərtəbəli yaşayış binalarının dam örtüklərini, fasad və daxili kanalizasiya xətlərində təmir işləri aparılmışdır. N.Nərimanov, Səid Qurbanov,Qələbə küçəsində 4 sayda çox mənzilli yaşayış binalarının ümumilikdə 4700m2 dam örtrüyü yenisi ilə əvəz olunmuşdur.
Sonda Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tərəfindən qarşıda duran vəzifələr ilə bağlı aidiyyatı təşkilatlara müvafiq göstəriş və tapşırıqlar verilmişdir.