Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev Qusarçay kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib
18 oktyabr 2018-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının rayonun Qusarçay kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Görüş zamanı vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq verdi. Bir sıra məsələlər isə yerində həll olundu.
Sakinlər onların müraciətlərinə baxılması üçün yaradılan yüksək şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.