Norveç Krallığının Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Xaçmaz rayonuna səfər etdi.
Norveç Krallığının Azərbaycandakı Müvəqqəti işlər vəkili Olav-Nils Thue Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ilə görüşüb.
Şəmsəddin Xanbabayev diplomata şəhərin tarixi, sosial və iqtisadi inkişafı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Rayon rəhbəri münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Norveç Krallığının Azərbaycandakı Müvəqqəti işlər vəkili Olav-Nils Thue Azərbaycan-Norveç arasındakı mövcud əlaqələrin, qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib. Diplomat Xaçmaz rayonunun sürətlə inkişaf etdiyini qeyd edib, Xaçmazın yaşamaq və çalışmaq üçün gözəl şəhər olduğunu vurğulayıb.
Qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşdə gələcək birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb.