Rayon Ağsaqqallar Şurasının sədri Fəxri Fərmanla təltif edildi.
Rayon Ağsaqqallar Şurasının sədri Əli Mustafayev Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev tətəfindən Fəxri Fərmanla təltif olunub.
75 illik yubiley münasibətilə təltif olunanan rayon Ağsaqqallar Şurasının sədri Əli Mustafayev rayon ağsaqqalları adından ölkə Başçısına minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır. Yubilyarı Xaçmaz rayon İcra Hakimiyyəti başçısı cənab Şəmsəddin Xanbabayev təbrik edərək respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərildiyini qeyd edib. Bildirdi ki, respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirdi. Beynəlxalq Ahıllar gününün ölkəmizdə 1993-cü ildən qeyd olduğunu nəzərə çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Qanun imzaladığını vurğuladı. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ahıl hesab olunduğunu bildirdi. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması eləcə də, siğorta hissəsinin artırılması ilə bağlı imzaladığı mütəmadi Sərəncamlar dövlət qayğısının təcəssümüdür.
Öz növbəsində Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev qeyd etdi ki, Xaçmaz rayonunda yaşayan ahıllarımız, ağsaqqallarımız rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Bu gün ahıllarımız, ağsaqqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Çünki, bizim ahıllarımız böyük həyat təcrübəsi keçiblər. İkinci Dünya Müharibəsinin ağrı-acılarını məşəqqətlərini çəkən ağsaqqallarımız, müharibə veteranları alman faşistlərinə qarşı fədakarlıqla mübarizə apararaq, vətənin müdafiəsinə qalxmış, əsil vətənpərvərlik nümayiş etdirmişlər. Zəhmətkeş ahıllarımız, əmək qəhrəmanlarımız da az olmamışdır.
Daha sonra çıxış edən Xaçmaz rayon Ağsaqqlar Şurasının sədri Əli Mustafayev onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə ahıllar adından təşəkkürünü bildirmişdir.