Şriftin ölçüsü :

Saytın rəngi :

20 oktyabr – Energetiklər Günü qeyd olunub

20 oktyabr 2026 | 10:32
Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev peşə bayramı münasibətilə energetikləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə energetika sahəsinin inkişafına və bu sahənin əməkdaşlarına həmişə xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladan icra başçısı bu layiqli ənənənin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin enerji təhlükəsizliyinin təmin olunduğu və bu sahənin müasirləşdirildiyi xüsusi olaraq qeyd edilib.
Tədbirdə çıxış edən digər qonaqlar da energetikləri peşə bayramı münasibətilə təbrik edərək işlərində uğurlar arzulayıblar.
Energetiklər də onlara yaradılan əmək şəraitinə və göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda rayonun enerji təsərrüfatının inkişafında, fasiləsiz və keyfiyyətli xidmət göstərilməsində xüsusi fərqlənən bir qrup qabaqcıl energetik Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.
Keçidlər