Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsi ilə əlaqədər silsilə tədbirlər təşkil olunub.

19 yanvar 2024 | 20:07
Xaçmaz rayonunda 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib. Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, faciənin ildönümü ilə əlaqədar idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəniyyət evləri və kitabxanalarda, muzeylərdə anma mərasimləri, xatirə gecələri, konfranslar, idman yarışları, inşa yazı və rəsm müsabiqələri keçirilir, sərgilər təşkil olunur.
20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədər olaraq Rayon Mərkəzi Xəstəxanasının kollektivi Xaçmaz şəhərində Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin xatirə lövhələri önünə tər qərənfillər düzüblər.
Faciənin ildönümü ilə əlaqədar rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərində anım tədbirləri təşkil olunub. 20 Yanvar gecəsində Azərbaycan xalqının, eyni zamanda, özünün qəhrəmanlığını, yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyi xüsusi vurğulanıb. Tədbirlərdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Məktəblərin mövzu ilə bağlı müxtəlif rəsm əsərləri nümayiş etdirilib.
Xacmaz rayonunda 20 Yanvar faciəsinin otuz dördüncü ildönümnə həsr olunmuş şahmat üzrə xatirə turniri də keçirilib.
Keçidlər