Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilib.

20 yanvar 2024 | 14:10
Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi önünə əklil qoyub.
Daha sonra rayon rəhbərliyi, şəhid ailələri və yerli hüquq mühafizə orqanları ilə birlikdə Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib, xaçmazlı şəhidlərin xatirə lövhələri önünə tər-qərənfillər düzüb. Milli Qəhrəman Yavər Şahbazovun büstü ziyarət olunub.
Anım mərasiminin iştirakçıları 20 Yanvar şəhidlərindən olan Xaçmaz rayonunun Uzunoba kənd sakini Zahid Abdullayevin xatirə lövhəsinin önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə həmsöhbət olub. Bildirib ki, 1990-cı il yanvarın 20-si öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.
Saat 12:00-da Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.
Keçidlər