Qanvermə aksiyası keçirilmişdir
06 iyul 2013 | 15:00
05 iyul 2013-cü il tarixdə saat 10-00-da, Xaçmaz şəhəri Heydər Əliyev adına Mədəniyyət Mərkəzində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə qanvermə aksiyası keçirilmişdir.
Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanıb. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaq.