Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı.

05 aprel 2024 | 16:49
2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Nəticədə 2 dinc sakin həlak olmuş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi. Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmişdir. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnmişdir. Sürətli əks-hücum əməliyyatı ilə düşmən ağır məğlubiyyətə uğradılaraq, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunmuşdur. Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini azad etmiş, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Səkkiz il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.
Xaçmaz rayonunda da müxtəlif idarə, müəssisə və təşkilatlarda Aprel şəhidlərinin əziz xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri təşkil olunur , şəhidlərimiz Qayıbov Elvin Sədrəddin oğlu, Mirzəyev Elvin Azadxan oğlu, Yüzbəyov Əmrah Aydın oğlu , Qafarov Fuad Fərhad oğlunun və bütün şəhidlərimizin əziz xatirəsi hər zaman böyük ehtiram və qürur hissi ilə yad edilir. Bu gün hər bir azərbaycanlı səkkiz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada, Xankəndində və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna eşq olsun!
Keçidlər