Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev Susayqışlaq kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayev növbəti səyyar görüşü oktyabrın 21-də Susayqışlaq kəndində keçirilib. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüş zamanı rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirərək, Xaçmaz rayonunda görülən abadlıq-quruculuq işlərindən, həmçinin rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edən fikirlər söylədi.
Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov yerlərdə belə səmərəli və işgüzar görüşlərin çox faydalı olduğunu, qaldırılan məsələlərin operativ həlli ilə insanların rahatlıq tapmasını ümumi işin xeyrinə olduğunu diqqətə çatdırmışdır.