Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı konfrans keçirilib.

18 yanvar 2019 | 16:00

  Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Qanlı Yanvar hadisəsinin 29-cu ildönümü ilə bağlı anım  tədbiri keçirilib. Tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq və suverenlik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Anım tədbirində rayon İcra Hakimiyyəti Başçısının müavinləri, idarə, müəssisə, təkilat rəhbərləri və rayon  ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova  qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılmasına xüsusi diqqət yetirir. Müstəqil Azərbaycan dövlətinin rəhbərliyi bütün tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə olduğu kimi, faciəli tarixlərin anılması ilə bağlı müvafiq tədbirlər görür.

  İlhamə Nəzərova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi, vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə qayğının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələlərini daim diqqətdə saxlayır. Dövlət başçısının şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzaladığı müvafiq Fərman da bunun bariz nümunəsidir.

  Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xatırlanaraq 29 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs olunub. Qeyd edilib ki, həmin müdhiş gecə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı ən amansız və dəhşətli cinayət törədilib. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın mübarizə əzmini qıra bilməyib. Bildirilib ki, 20 Yanvar özümüzü bir millət kimi tanıdığımız və dərk etdiyimiz gündür. 20 yanvar, həm də Azərbaycanın istiqlal yolunda fəth etdiyi ilk zirvələrdən, xalqımızın milli-azadlıq ruhu və məfkurəsinin oyanış günü oldu.

  Sonda bir daha bildirilib ki, Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.

Keçidlər