Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

28 yanvar 2019 | 16:00

  Xaçmaz şəhər  inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2018-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilmişdir.

  Yığıncaqda Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova, rayon İcra Hakimiyyəti Başçısının müavini Samir Nemətov,  Xaçmaz rayon  inzibati ərazi dairəsi üzrə nümayəndə Ramin Əzizov, rayonun müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.  Yığıncaqda Xaçmazi rayon İcra Hakimiyyəti Başçısının  Xaçmaz şəhər  inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Əzizovun  hesabat məruzəsi dinlənilmişdir.
        Keçirilən toplantıda şəhər ərazisində fəaliyyət göstərən idarə və təşkilat rəhbərləri ötən ildə görülmüş işlər haqqında geniş məlumat verdilər. Hesabat yığıncağında Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova  nümayəndəliyin 2018-ci ildə gördüyü işlərə münasibət bildirərək gələcəkdə daha da əzmlə çalışmağı qeyd etmişdir. İlhamə Nəzərova bildirmişdir ki, 2019-cu ildə şəhər  əhalisinin müraciətlərinə baxılmasında heç bir qüsura yol verilməməlidir. 

 Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılmışdır.

  Cari ildə qəsəbənin sosial-iqtisadi inkişafı istiqamətində görüləcək tədbirlərdən danışılmışdır.

  Sonda müvafiq qərar qəbul olunmuşdur.

Keçidlər