Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul Milli Mətbuat Günü münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayevin təbriki.

22 iyul 2023 | 09:42
Dəyərli mətbuat işçiləri!
Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dövrünün dahi mütəfəkkiri Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan, Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi” qəzetinin yaranmasından 148 il ötür.
Zəngin və mənalı inkişaf yolu keçən Azərbaycan mətbuatı milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil mətbuatın inkişafına dövlət qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz fədakarlıq nümunəsi göstərən mətbuat işçilərini bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli, son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirəm.
Keçidlər