Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Əhmədoba kəndində keçirilib

31 yanvar 2019 | 16:00

  Yanvarın 31-də Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Əhmədoba kəndində olub.
    Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən elektrik şəbəkəsinin yenidən qurulması, yolların asfaltlanması, kəndlərə təbii qaz xətlərinin çəkilməsi, əkin sahələrində suvarılma üçün suyun yetərli olmaması ilə bağlı müraciətlər etmişlər. Rayonda  aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə , yeni salınmış park və xiyabanlara   görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, qısa müddətdə rayonumuzun  nəzərəçarpacaq dərəcədə gözəlləşdiyini qeyd etdilər.
       Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.
 

Keçidlər