Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral - "Gənclər Günü"nə həsr edilmiş ümumrayon konfransı keçirildi.

31 yanvar 2019 | 16:00

  Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı  Şəmsəddin Xanbabayevin iştirakı ilə 2 Fevral - "Azərbaycan Gəncləri Günü" nə həsr edilmiş konfrans keçirilib.

  Yanvarın 31-də Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfransda rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən söz açıb. Bildirilib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənc nəsil Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəklərə ucalıb. Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov və fəal gənclər çıxışlarında ölkəmizin bütün regionlarında, o cümlədən Xaçmazda gənclərin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradıldığını bildiriblər. Natiqlər Xaçmaz əhalisinin 30 faizini gənclərin təşkil etdiyini vurğulayıblar. Bildirilib ki, rayonu təmsil edən gənclər yerli və beynəlxalq idman yarışlarında, fənn olimpiadalarında, ölkənin ictimai-siyasi həyatında uğurla təmsil olunurlar.

  300 nəfərdən çox gəncin qatıldığı konfransda ötən il nailiyyətləri ilə seçilən bir qrup fəal gəncə fəxri fərman və mükafatlar verilib.

Keçidlər