Hacıəlibəy kəndində növbəti səyyar qəbul keçirildi
Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq səyyar qəbul keçirmişdir. Səyyar qəbul rayonun Hacıəlibəy kənd inzibati ərazi dairəsində keçirilmişdir. RİH Başçısı Şəmsəddin Xanbabayev sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən yeni qaz xəttlərinin çəkilməsi, əkin sahələrində suvarılma üçün suyun yetərli olmaması ilə bağlı müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxslərinə, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin Başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Xaçmaz rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır.