Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

15 fevral 2019 | 16:00

  Hesabat yığıncağında Xaçmaz rayon  İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, millət vəkili Eldəniz Səlimov, rayon  ictimayyətininin nümayəndələri, ziyalılar, idarə, müəsisə və təşkilat rəhbərləri iştirak edib. Hesabat yığıncağı ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə başlanıb. Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunan rayonun sosial-iqtisadi və mədəni həyatını əks etdirən sərgiyə baxış keçirilib. Sonra isə  Prezident İlham Əliyevin Xaçmaz şəhərinə  səfərini, şəhərin həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni kütləvi tədbirləri əks etdirən filmə tamaşa olunub.

  Hesabat yığıncağını giriş sözü ilə açan rayon rəhbəri bildirib ki, Xaçmaz rayonunda  2019-cu ildə bütün sahələr üzrə artım daha da yüksək olacaq. Nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcək. 2019-cu ildə Xaçmazın  sosial-iqtisadi sahələrdə qazandığı uğurların sayı bir qədər də artacaq.

  Şəmsəddin Xanbabayev bildirib ki, 2018-ci ildə rayonda ümumdaxili məhsulun həcmi 592 milyon manat,  sənaye məhsulunun həcmi 42.1 milyon manat, kənd təsərrüfatı məhsulnun ümumi həcmi 247,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 104.5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 458.3 milyon manat  təşkil etmişdir. 

 Hesabat dövründə şəhərin əsas prospekt və küçələrində ümumi uzunluğu 26200 metr məsafədə beton bardyurlar qoyulmuş vəəsas istirahət guşələrimizə yeni dekorativ tamet daşlarıdöşənmişdir. Bakı prospektindəşəhər qəbiristanlığına giriş qapısı olaraq şərq memarlıq üslubunu  özündəəks etdirən Minarə ucaldılmış və həmin Minarənin 2-ci mərtəbəsindənamazgah yaradılmışdır. Şəhərin əsas giriş istiqamətlərində istinad divarları tikilmiş vətorpaqlanma işləri aparılmış, həmin ərazilərə yeni qazon örtüyü salınmış, 1000-dən çox dekorativ ağac və kollar əkilmişdir. Milli Qurtuluş bayramıərəfəsində yeni tikilmiş  yerüstüpiyada keçidi rayon sakinlərimizin ixtiyarına verilmişdir.    Piyada  keçidinin yerləşdiyi ərazi parklarla əhatə olunduğundan  istirahətə  gələn insanların təhlükəsiz şəkildə gedişi bu keçid vasitəsi ilə hal-hazırda təmin edilməkdədir.  Bakı prospektində yerləşən və memarlıqüslubuna görəölkədə bənzəri olmayan Heydər Əliyev Bulağında əsaslı yenidənqurma işləri aparılmışdır. Milli memarlıq elementlərinin geniş tətbiq olunduğu Seyrəngahda milli kompozisiyalarından istifadə edilməsi və aparılan yenidənqurma işləri Heydər Əliyev Bulaq Kompleksinin möhtəşəmliyini daha da artırmışdır. Qeyd olunmuş bu yenidənqurma işləriİlham Bulağında da aparılmışdır.     Hesabat dövrünün ən diqqət çəkən tikinti nümunələrindən biri rayon  ərazisindəki Çənlibel istirahət parkında ucaldılan “Ana dili müəllimi” abidə kompleksinin inşası oldu. Dörd metr hündürlüyündəki abidənin arxasında kitab şəkilli simvolik pannoda ümummilli lider Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram" və "Ana dili xalqın milli sərvətidir" kimi təhsillə bağlı söylədiyi məşhur sitatlar yer alıb.Abidənin ətrafında isə Azərbaycanın 38 görkəmli yazıçı vəşairinin kitablarının qranitdən hazırlanmış təsvirləri yerləşdirilib. Abidənin ətraf ərazisini əhatəedən 220 m2 sahəyə bəzəkli döşəmə daşları düzülmüşdür.Bundan əlavə abidə kompleksin tikildiyi ərazidə yeni yaşıllıqlar, dekorativ kollar və qazon örtüyü salınmışdır. Yeni qurulmuş abidə xüsusi işıqlandırma sistemi ilə təmin olunmuşdur.  Eyni zamanda, rayonun “Şəxsiyyətlər Muzeyi”ərazisində Azərbaycanın dahi şəxsiyyətlərindən heykəltəraşÖmər Eldarova, tanınmış bəstəkar Ramiz Mirişliyə vəDərbənd şəhərində  anadan olmuş, Sovet dövründə hava hücumundan mübafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanıvəzifəsinə yüksəlmiş yeganə azərbaycanlı olan,  doqquz il ölkənin rabitə naziri vəzifəsindəçalışmışgeneral-leytenant Hüseyn Rəsulbəyova  tuncdan büstlər ucaldılmışdır.Bu yaxınlarda isə  Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm vəİncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahova büst ucaldılmışdır.  Beləliklə açıq səma altında dahi şəxsiyyətlərə həsr edilmiş abidələrin sayı 60-a  çatdırılmışdır  Xaçmaz-Niyazabadavtomobil yolunun 1,7  km hissəsinə yeni asfalt  örtüyüçəkilmişdir. Yolun hərəkət hissəsi və piyada yolu daxil olmaqla ümumilikdə 23800 m2 ərazisi  yeni asfalt ortüyü ilədöşənmişdir. Yol boyu asfalt-beton qarışığından səkilər tikilib, 1400 p/m uzunluqda   beton səki və bardyur  daşlar düzülüb. Yolun tikintisi zamanı 40 ədəd işıq dirəkləri quraşdırılmışdır. Rayonun Heydər Əliyev prospektində genişərazinin yeni asfalt örtüyü ilətəmin olunması və piyada səkilərinə yeni beton bardyurların  düzülməsi  nəzərdətutulmuşdur. Artıq bu istiqamətdə işlərə başlanılmışdır.

  Tikintisinə sona çatdırılmış  quruculuq işlərindən biri də rayonun paytaxt istiqamətindəyeni “Giriş Qapısı”nın  inşa edilməsidir. Tikinti işləri 1000 m2 metr ərazidə aparılmışdır.

  Şəmsəddin Xanbabayev bildirib ki, N.Nərimanov, Səid Qurbanov, Qələbə  küçəsində  4 saydaçoxmənzilli yaşayış binalarının ümumilikdə 4700m2 dam örtrüyü yenisi iləəvəz olunmuşdur.

   Hesabat ilinin ən diqqət çəkən inşaat nümunələrindən biri də tikintisi iki ay ərzindətamamlanacaq “Saatlar Qülləsi”dir. Qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək. Səkkiz mərtəbəli qülləşəhərin girişində yerləşən “Çənlibel” parkınaəlavə gözəllik verəcəkdir.

  Qüllənin hər birinin sahəsi 100 kvadratmetr olan ilk 4 mərtəbəsi uşaqların ixtiyarına veriləcək. Yuxarı mərtəbələr isəşəhəri müşahidə etmək üçün nəzərdə tutulub. Parkda dincələnlər burada quraşdırılan durbinlər vasitəsilə uzaq məsafədə yerləşən mənzərələri də seyr edə biləcəklər. Qüllənin mərkəzində isə hər tərəfdən görünən 4 saat quraşdırılıb. Bir məqamı qeyd edə bilərik ki,  təkcə Bakı prospektində 14 ədəd saat quraşdırılmışdır. Xüsusilə  bu saat kompleksləri sırasında memarlıq üslubuna görə rayonumuz üçün yeni bir tkinti nümunəsi hesab olunan  Saatlar Qurğusudur. Xaçmazı bu gün parklar və muzeylərşəhəri adlandırmaq olar. Çünki, ötən dövrdə rayonda ümumi sahəsi 20 hektara yaxın olan 7 park salınıb.Bundan əlavə rayonun Xudat şəhərində 40 yerlik uşaq bağçasıüçün hal-hazırda yeni bina tiklilməkdədir. Bu yeni tikili rayonumuzun balaca sakinlərinin təlim-tərbiyəsinə xidmət edəcəkdir. 

  Rayon rəhbəri  2019-cU ildə qarşıda duran vəzifələr haqqında danışarkən bildirib ki, rayonumuz bundan sonra da dövlət Başçısının diqqəti nəticəsində inkişaf edəcəkdir. 
  Millət Vəkili Eldəniz Səlimov çıxış edərək, ölkəmizin ötən ildə əldə olunan  uğurlarından yığıncaq iştirakçılarına bəhs edib.  

  Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov hesabat yığıncağında çıxış edərək 2018-ci il ərzində Xaçmaz rayonunda görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edib. Habil Əzənmədov  ölkə Prezidentinin diqqət və qayğısı sayəsində Xaçmazda aparılan uğurlu işləri rayon  rəhbərliyinin təşkilatçılığı və xaçmazlıların  öz şəhərlərinə olan böyük məhəbbəti kimi dəyərləndirib.
      Daha sonra hesabat yığıncağında iştirak edən ictimaiyyət nümayəndələri bəzi yaşayış məntəqələrində içməli su və təbii qaz  ilə bağlı bəzi problemləri, xüsusilə son zamanlar sosial şəbəkələr vasitəsilə başlanan böhtan xarakterli bəyanatlardan söz açaraq, fikirlərini bildiriblər. Bu məsələlər barədə ciddi tədbirlər görülməsini tələb ediblər. 

  Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər