Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib.

21 fevral 2019 | 16:00

  Heydər Əliyev adına Mədəniyyət Mərkəzində  Xaçmaz rayon İcra Hakimiyyəti  və rayon Təhsi Şöbəsinin  birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova,YAP-nın rayon təşkilatının sədri Nazim Ağayev,  rayon  ziyalıları,müəllim heyəti , şagird və tələbələr,  həmçinin yerli  KİV nüməyəndələri iştirak ediblər.  Tədbiri giriş sözü ilə rayon məktəbliləri açıblar. Çıxış edənlər bildiriblər ki, “Birləşmiş Millətlər Təşkilatının 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü əsasında belə bir qərar qəbul etməsi ötən əsrin ortalarında Pakistanda benqal dilinin sıxışdırılması zəminində baş verən hadisələrlə bağlı olub. Beləliklə, BMT-nin ali mədəniyyət qurumu olan UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. 2003-cü ilin yanvar ayının 2-də isə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Qanun qüvvəyə minib, qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərilib. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.
      Bildirilib ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
          Tədbir ana dilimizə həsr olunmuş şer nümunələrinin səsləndirilməsi ilə davam etdirilib. 

Keçidlər