23 may- Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd edilib.
23 may 2025 | 14:58
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, hüquq-mühafizə orqanlarının rəhbərləri və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev peşə bayramı münasibətilə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçilərini təbrik edib, təbiətin qorunması və insanların sağlam mühitdə yaşaması naminə həyata keçirdikləri fəaliyyətlərində uğurlar arzulayıb.