Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Aşağı Zeyid kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib
Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq səyyar qəbul keçirmişdir. Səyyar qəbul rayonun Aşağı Zeyid kənd inzibati ərazi dairəsində keçirilmişdir. RİH Başçısı Şəmsəddin Xanbabayev sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən əkin sahələrində suvarılma üçün suyun yetərli olmaması, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması ilə bağlı müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxslərinə, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin Başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət aparmışdır.