Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirildi

14 mart 2019 | 16:00

  14 mart  tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Xaçmaz məktəblilərinin Lənkəran-Masallı-Astara  rayonlarına yola salınmaları münasibətilə tədbir  keçirildi.Yola salınma mərasimi Heydər Əliyev Mərkəzində reallaşdırılıb. 
  Tədbirdə Xaçmaz rayon  İcra Hakimiyyəti  başçısının 1-ci müavini İlhamə Nəzərova , Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının əməkdaşları, rayon  Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova ,   məktəb direktorları, valideynlər, ictimai birliklər, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər. 

  “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Xaçmaz  məktəblilər ilk əvvəl ümummilli lider Heydər Əliyevin Mərkəzdə   ucaldılan abidəsini ziyarət etdilər.Daha sonra çıxış edən  Rayon İcra Hakimiyyəti  Başçısının 1-ci müavini İlhamə Nəzərova “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrində reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdı. Natiq  qeyd etdi ki, ölkə Başçısının ideyası əsasında gerçəkləşən bu layihə siz gənclərin biliklərinin genişlənməsinə, rayonlarımızın tarixi məkanlarını tanıması baxımından olduqca əhəmiyyətli layihədir.

  İlhamə Nəzərova  bildirdi ki, cənub  bölgəsində reallaşdırılan maarifləndirici tur-aksiyada Xaçmaz rayonundan 40 məktəbli iştirak edəcəkdir. Şagirdlərə uğurlar diləyən tədbir iştirakçıları   tur-aksiyadan müsbət şəkildə yaralanmağı tövsiyə etdilər. 
      Daha sonra məktəblilər  dövlət Başçısına gənclərə göstərdiyi diqqətə görə tur aksiya iştirakçıları adından təşəkkür bildirdilər. 

Keçidlər