Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Yergüc kəndində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Səyyar qəbul rayonun Yergüc kənd inzibati ərazi dairəsində keçirilmişdir. RİH başçısı Şəmsəddin Xanbabayev sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən qaz xətləririn çəkilməsi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, içməli su və suvarma suyu ilə bağlı müraciətlər etmişlər.
Qəbulda iştirak edən rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxslərinə, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət aparmışdır.