Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
Tədbir rayonun mərkəzində yerləşən Fəvvarələr Bağında keçirilib. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev çıxış edərək bildirib ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Daha sonra tədbir bayram konserti ilə davam etdirilib. Tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış fləşmobla davam edib.
Tədbir ağacəkmə aksiyası ilə davam etdirilib.