ABŞ Dövlət katibinin köməkçisinin müavini Xaçmazda icra edilən layihələrlə tanış olub
Mayın 1-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer Xaçmaza səfər ediblər.Rəsmi nümayəndə heyyətini Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev qarşılamışdır.
Qonaqlar rayonun Xaspoladoba kəndində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində icra edilən layihə ilə tanış olublar.
Xaspoladoba kəndində yerli fermerlərin suvarma, həmçinin sakinlərin texniki su təminatının daha da yaxşılaşdırılması üçün layihə icra edilib.
ABŞ nümayəndə heyətinin gəlişi münasibətilə təşkil olunan mərasimdə qonaqlara qədim adət-ənənələrimiz, rəqslərimiz, milli mətbəximiz, rayonda istehsal olunan məhsullar nümayiş etdirilib.
Səfir Li Litsenberger Xaçmaza səfərdən məmnun qaldıqlarını bildirib.
Qeyd olunub ki, Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu ərazidəki fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq, məhsuldarlığa müsbət təsir göstərəcək.