Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda inşa yazı müsabiqəsinin zona mərhələsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib

06 may 2019 | 16:00

  Xaçmaz Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Proplemləri üzrə Dövlət Komitəsinin Ulu öndərin xatirəsinə ithaf olunmuş ”Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda inşa yazı müsabiqəsinin zona mərhələsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

  Tədbirdə  Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Proplemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından qalib seçilmiş şagirdlər və müəllimlər iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Mərkəzin foyesində məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Sonra tədbirin rəsmi hissəsi başlayıb.

  İlk öncə Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı  Şəmsəddin Xanbabayev açaraq gələn qonaqları salamlayıb, çıxışında mənalı ömür yolu keçmiş ümummilli Lider Heydər Əliyevin hər zaman qadınların rolunu yüksək qiymətləndirilməsindən, ölkəmizdə qadınlara öz imkanlarını reallaşdırmaq üçün hər cür şəraitin yaradılmasından, ölkə Başçımızın Azərbaycan qadınlarına daim diqqət və qayğının göztərilməsindən söz açıb və belə tədbirlərin keçirilməsinin yüksək əhəmiyyətə malik olduğunu vurğulayıb, qalibləri bu münasibətlə təbrik edib.

  Sonra  Komitə sədri Hicran xanım Hüseynova çıxış edib. O, çıxışında komitənin həyata keçirdiyi tədbirlərdən, gördüyü işlərdən, müasir dövrdə qadınlarımızın müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhvələrin verilməsindən,

  Azərbaycan qadınının beynəlxalq qadın hərəkatında fəal iştirak etməsindən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti,zəngin təçrübəsi, böyük humanizmi ilə Azərbaycan tarixində qadın hərəkatının yeni səhifəsinin açılmasından danışıb. Qeyd edib ki, müsabiqənin keçirilməsi Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqram kimi gənclər arasında təşviq etmək, istedadlı gənclərin yaradıcılıq imkanlarının aşkar olunması məqsədi daşıyıb.

  Tədbirdə digər çıxış edənlər də  dövlətimizin, dövlətçiliyimizin ən möhkəm dayağı olan qadınlarımızın əməyindən, tariximizin çətin vaxtlarında Azərbaycan xanımlarının sarsılmaz iradəsindən, sonsuz vətənpərvərliyindən, bu günkü dövlət quruculuğunda yorulmadan çalışmalarından danışıblar.

  Sonra söz məktəblilərə verilib. Onlar şeir və mahnılar ifa etməklə tədbirə daha da rəngarənglik qatıblar.

  Daha sonra qaliblər mükafatlandırılıb. Qaliblər içərsində Xaçmaz rayon Xudat şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Qocayeva Lalə I yerə, Şiyəzən məktəblisi II, Şabran məktəblisi III yerə, digər 10 nəfər məktəbli isə həvəsləndirici yerə layiq görülüblər.

  Sonda Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev və   Komitə sədri Hicran xanım Hüseynova müsabiqə qaliblərini bir daha təbrik edib, diplom və qiymətli hədiyyələri onlara təqdim ediblər.

 

Keçidlər