Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Ulu Öndərin 96 illik yubileyi qeyd olundu.

10 may 2019 | 16:00

  Xaçmaz Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan rayon tədbiri keçirildi.

  Tədbir iştirakçıları əvvəlcə rayon ərazisində Ulu Öndərin adını daşıyan parka gələrək,   abidə  önünə gül dəstələri qoymuş,  xalqımızın ümummilli liderinin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

  Tədbirdə Xaçamz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev , rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun təhsil və səhiyyə ocaqlarının rəhbərləri , rayon gəncləri və ictimaiyyəti iştirak etdilər.

  Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev ulu öndər Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinə nəzər saldı.Qeyd etdi ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi, suveren bir ölkə kimi qarşılaşaca biləcəyi problemlərin həllinə nail olması üçün real əsaslar hələ ulu öndərin sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırılıb.Natiq  bildirdi ki, məhz Heydər Əliyevin müstəqillik dövründə hakimiyyətə qayıdışı təhlükə altında olan dövlətçiliyimizi xaos və böhran məngərəsindən çıxarıb, vətəndaş müharibəsinin qarşısı alınıb və atəşkəs rejiminin tətbiqinə nail olunub.Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

  Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqillik yollarında ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirdiyini bildirdi. Vurğuladı ki, Heydər Əliyev sözün əsl mənasında müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlərində əsaslarını formalaşdırıb.Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl milli dövlətçilik ideologiyasını formalaşdırıb və Cənab İlham Əliyevin şəxsində bu ideologiyanı, Azərbaycanın sosial, iqtisadi, siyasi, mədəni tərəqqisini uğurla həyata keçirə biləcək ən layiqli varisini yetişdirib. Şəmsəddin Xanbabayev ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 16 il ərzində müstəqilliyinin daha da möhkəmləndirdiyini, sosial, iqtisadi, siyasi, diplomatik və hərbi-quruculuq sahələrində çox böyük uğurlara imza atdığını bildirdi. Bütün bunların nəticəsidir ki, növbəti dəfə aprelin 11-də keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev qələbə qazandı.

  Sonda tədbirdə YAP-nın Xaçmaz Rayon Təşkilatının sədri Nazim Ağayev çıxış etmişdir.  

Keçidlər