Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərliyi 2 saylı körpələr evi-uşaq bağçasında rayonun balaca sakinləri ilə görüşdü.

07 may 2019 | 16:00

  Xaçmaz Rayon  İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev  Xaçmaz şəhər 2 saylı  körpələr evi-uşaq bağçasında olmuş və baxçada  uşaqlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşdur.
     Xaçmaz Rayon  İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev  uşaqlarla söhbət edib, xatirə şəkli çəkdirib.
    Vurğulanıb ki, son illərdə rayonun  məktəbəqədər tərbiyə müəssisələrində mövcud olan problemlər əsasən aradan qaldırılıb, aparılan  metodik işlərin vəziyyəti, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələsi ciddi nəzarətdə saxlanılır. Bağçalarda istilik sistemi tam bərpa olunub. Əmək intizamına riayət edilməsi və ərzaq təchizatı ilə bağlı mütəmadi olaraq reydlər və yoxlamalar keçirilir. Hal-hazırda  rayonda yeni uşaq bağçası üçün  tikinti işləri də yekunlaşdırılmaq üzrədir. 
     Sonda körpələrin ifasında səhnəciklərə tamaşa edilib. 

 

Keçidlər