Xaçmazda “Oxu bayramı” keçirildi
16.05.2019-cu il tarixində Xaçmaz Rayon İra Hakimiyyətinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə Xaçmaz Çənlibel istirahət parkında “Oxu bayramı” keçirildi. Oxu bayramı Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuşdur. Tədbirdə Xaçmaz Rayon İra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Xaçmazın təhsil sahəsinin təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edən Xaçmaz Rayon İra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova dahi siyasətçi ulu öndərimiz olan Heydər Əliyev tarixi irsindən, mədəniyyət sahəsinə böyük önəm verən, milliyin təbliği yolunda böyük işlər görən, mədəni irsimizin qorunmasında misilsiz xidmətlərini qeyd etdi. İlhamə Nəzərova kitabın müasir informasiya cəmiyyətində oynadığı vacib rolundan bəhs edib.
Oxu bayramında ,”Azərbaycanın özü qədər əbədi siyasətçisi Heydər Əliyev”,”İlhamla işıqlı gələcəyə doğru”,”Tarixi yaradan şəxsiyyət”, "Cəfər Cabbarlı 120", "Cəlil Məmmədquluzadə 150", "İsmayıl Şıxlı 100", "Bu cahana sığmayan şair İmaməddin Nəsimi 650", "Günəşli Azərbaycanın gözəl güşəsi-Xaçmaz", "Hünər ölmür,mərdlik ölmür,əsgər ölmür!" ,”Bütöv və əbədi Azərbaycan uğrunda”,”Elektron nəşrlər”,”Mənim Qarabağım”,Kitabxanaya yeni daxil olan kitablar”,”Azərbaycanın milli qəhrəmanları”və s. mövzularda kitab sərgiləri nümayiş olundu. Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin aktyorlarının çıxışları, Xaçmaz Rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin fəallarının ifasında şerlərin təqdimatı ilə davam edən tədbir rəngarəng musiqi nömrələri və səhnəciklər ilə başa çatdı. Oxu bayramında 2000 nüsxədən yuxarı elmin ayrı-ayrı sahələrini əks etdirən kitablar sərgiləndi. Oxu bayramı iştirakçıların böyük marağına səbəb oldu.