26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban xanım Əliyeva peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Bu hərəkat tarixində o, ilk şəxsiyyətdir ki, fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizim təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir.
Şəfqətin və xeyirxahlığın rəmzi olan Mehriban xanım Əliyeva nəcibliyi ilə Azərbaycan qadınını nəinki respublikamızda, eyni zamanda xarici ölkələrdə də yüksək səviyyədə təmsil edir. Onun milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında gördüyü işlər misilsizdir.
Vətənimiz üçün yorulmadan çalışan, sonsuz xalq sevgisini qazanmış Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, milli maraqlarımızın müdafiəsi, dövlətçiliyimizin möhkəmləndirilməsi və xüsusən Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətində davamlı uğurlar arzu edirik.