"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunan konfrans keçirilib.
Bu gün Xaçmazda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunan konfrans keçirilib.İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə baş tutan görüşdə, Quba-Xaçmaz və Abşeron iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edib.Tədbirdə bildirilib ki, regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə səbəb olub.
Xaçmaz RİH başçısının müavini Azər Haqverdiyev konfransda regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Xaçmazda da infrastruktur təminatının yaxşılaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini qeyd edib.
Konfransda sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər barədə məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.