Uzunoba kəndində növbəti səyyar qəbul keçirildi
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayev növbəti səyyar qəbul-görüşü rayonun Uzunoba kəndində keçirilmişdir. Səyyar-qəbul görüşdə rayonun ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişlər.
Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən qaz xətləririn çəkilməsi, yolların asfaltlanması, içməli su problemləri, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması ilə bağlı müraciətlər etmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxslərinə, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində məlumat verilmişdir ki, 31 iyul 2019-cu il tarixdə möhtərəm Prezident cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı geniş müşavirə keçirilmişdir. Son bir ildə Azərbaycanda aparılan iqtisadi islahatlar büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Prezident İlham Əliyev ilk növbədə bu vəsaitlərin sosial sferaya yönəldilməsini təmin etmişdir.
Ölkəmizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar dünya üçün nümunədir.