Şriftin ölçüsü :

Saytın rəngi :

Niyazoba kəndində növbəti səyyar qəbul keçirildi

08 avqust 2019 | 16:00

  Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayev növbəti səyyar qəbul-görüşü rayonun Niyazoba kəndində keçirilmişdir. Səyyar-qəbul görüşdə  rayonun  ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak  etmişlər.

  Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən qaz xətləririn çəkilməsi, yolların asfaltlanması, içməli su problemləri, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması ilə bağlı müraciətlər etmişlər.

  Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxslərinə, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin  rəhbərlərinə  müvafiq tapşırıqlar verilmişdir. Tədbirdə Şəmsəddin Xanbabayev ölkəmizdə və rayonumuzda aparılmış irimiqyaslı quruculuq və abadlıq işlərindən danışmış, eyni zamanda ölkə rəhbərinin aqrar sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün görülmüş və görüləcək işlərdən bəhs etmişdir. Kənd sakinləri vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər