Şriftin ölçüsü :

Saytın rəngi :

07 Avqust 2019- cu il tarixində Xaçmaz Rayon Tarix Diyarşünaslıq Muzeyində cari ilin altı ayının yekunlarına həsr olunmuş növbəti hesabat yığıncağı keçirilib.

07 avqust 2019 | 16:00

  Hesabat yığıncağında 2019-cu ilin ikinci  rübünün   sosial-iqtisadi inkişafının yekunlarına nəzər salınıb və qarşıda duran vəzifələrin görülməsinə dair məsələlər müzakirə olunub.

  Hesabat yığıncağında Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev, rayonun  idarə, təşkilat,  müəssisə,  xidmət sahə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişdir.   Keçirilən yığıncağı giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, ölkənin davamlı inkişafının təmin olunmasında möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Xaçmaz rayonunda  aparılan abadlıq-quruculuq istiqamətində görülən işlərin şəhər sakinləri tərəfindən rəğbətlə qarşılandığını vurğulayan Şəmsəddin Xanbabayev  deyib ki, rayonda reallaşdırılan müxtəlif  layihələr  əhalinin hər bir sahədə mövcud olan problemlərini   həll etmişdir. 

  Cari ilin ikinci  rübündə  görülmüş işlər haqqında Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova  məruzə edərək bildirmişdir ki, hesabat dövrü rayonumuz üçün də bir sıra hadisələrlə əlamətdar olmuş, kifayət qədər böyük həcmli tikinti-quruculuq, abadlıq işləri görülmüşdür.

  2019-cu ildə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının aparatı, onun şöbələri, hüquq-mühafizə və digər orqanları ilə birgə Respublika Prezidentinin Qərar, Fərman və Sərəncamlarını, ölkə daxilində həyata keçirilən siyasi xətti əldə rəhbər tutaraq, rayonda iqtisadi inkişafı sürətləndirmək, ictimai-siyasi sabitliyi qorumaq, qanunların icrasını təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir.

  Hesabat dövründə görülmüş işlər nəticəsində rayonumuzda 950 yeni iş yeri açılmışdır ki, bunlardan 904-ü daimi iş yerləridir.

  Rayon üzrə  ümumdaxili məhsulun həcmi 155,8 milyon  manat (3,4% artım), sənaye məhsulunun həcmi 51,59 milyon manat (92,8% artım),kənd təsərrüfatı  məhsullarının ümumi həcmi 64,97   milyon manat (2,6% artım), əhaliyə göstərilən pullu xidmətlərin həcmi 43,68  milyon manat (4% artım), pərakəndə əmtəə dövriyyəsi  215,55  milyon manat (13,8% artım), əsas kapitala yönəlmiş investisiyaların həcmi  46,98 milyon manat, adambaşına düşən pul gəlirləri  871,6 manat (2,8% artım), orta aylıq əmək haqqı 372,3 manat (11,4% artım)  təşkil etmişdir. Həqliyyat sahəsində məhsul buraxılışı 3 milyon manat  (4,4% artım), rabitə xidmətlərinin həcmi  0,84 milyon manat (9% artım) olmuşdur. Hesabat dövründə ümumi sahəsi 15080 m² olan mənzil tikilib istifadəyə verilmişdir (24,66% artım).

  Bildiyiniz kimi rayon iqtisadiyyatınıəsası kənd təsərrüfatıdır. 2019-cu ilin 2-ci rübü üçün bütün təsərrüfat subyektləri  daxil olmaqla 25009,4 ha sahədə taxıl əkilmişdir ki, bunun da 19223,4 hektarı buğda və 5786 hektarı arpa məhsuludur. Bu da ötən dövrün müvafiq müddəti ilə müqayisədə 1212 hektar artıq sahədə əkilmiş  taxılın artımı deməkdir. Məhsuldarlıq isə 84273 ton təşkil etmişdir. Məhsuldarlıqda artımımız 33,7 sentner olmuşdur.    Taxılçılıqla baglıməsələ daim diqqətə alınmalıdır. Çünki, ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı görüləcək tədbirlər idxaldan asılılığı azaltmalı və ixracyönümlü məhsulların həcmini  artırmalıdır.

  Son dövr  ərzində 22009,3 ha meyvə bağları salınmış, meyvə bağlarından məhsuldarlıq 15744,1 ton, 3589,5 ha sahədə tərəvəz əkilmiş və məhsuldarlıq 13012,7 ton təşkil etmişdir. İlhamə Nəzərova məruzə edərək bildirmişdir ki, cari hesabat rübündə təsərrüfatlarda 56457 baş İBMQ, 62214 baş XBMQ,  339329 baş ev quşları vardır. Rüb  ərzində 5664 ton ət, 26638 ton süd istehsal edilmişdir. 2703 fermer subyekti 3029 ton mineral gübrə ilə təmin olunmuşdur.
      Bakı və Sumqayıt şəhərlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına son dövr ərzində 703 ton meyvə və tərəvəz məhsulu çıxarılmışdır.
     Daha sonra hesabat yığıncağında müxtəlif sahələri əhatə edən məsələlər müzakirə edilərək, müvafiq tapşırıqlar verilmişdir. 

Keçidlər