Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Yeni Həyat qəsəbəsində sakinlərin növbəti səyyar qəbulunu keçirib

16 avqust 2019 | 16:00

  Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayev növbəti səyyar görüşü Yeni Həyat qəsəbəsində keçirilib. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsi 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak ediblər.

  Görüş zamanı rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirərək, Xaçmaz rayonunda görülən abadlıq-quruculuq işlərindən, həmçinin rayon mərkəzində və kəndlərdə sosial xidmətlərin inkşaf etməsindən, ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs edən fikirlər söylədi.

  Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti üzrə  tapşırıqlar  verilmişdir.

Keçidlər