27 sentyabr – Anım Günü ərəfəsində şəhid ailələri ilə görüş keçirilib
26 sentyabr 2026 | 09:42
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Ağalar Vəliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar şəhid ailələrinin üzvləri ilə görüşüblər.
Tədbir iştirakçıları Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Ağalar Vəliyev Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində ölkəmizin tarixi Zəfər qazandığını vurğulayıblar. Şəhidlərimizin qanı bahasına əldə edilən bu tarixi Qələbənin xalqımızın qürur mənbəyi olduğunu qeyd ediblər.
Görüş çərçivəsində Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən şəhid ailələrinə maddi yardım təqdim olunub.
Şəhid ailələrinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.






