Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub

25 sentyabr 2023 | 19:29
27 Sentyabr - Anım Günü ərəfəsində Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayev və Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin ailələrini ziyarət edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışıb.
Həmçinin şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb.
Görüşlər zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər