Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Günü ilə əlaqədar Xaçmaz rayonunda silsilə tədbirlər təşkil olunub.

27 sentyabr 2022 | 16:22

27 sentyabr - Anım Günü ilə əlaqədar Xaçmaz rayonunda ağacəkmə aksiyası təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, təşkilat və müəssisələrin kollektivləri Xaçmaz-Xudat yolunun kənarına ağac əkiblər.

Daha sonra anım tədbiri Şəhidlər Xiyabanında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev xiyabanda alovlanan məşəlin önünə əklil qoyub, Azərbaycanın Milli Qəhrərmanı Yavər Şahbazovun büstünü ziyarət edib, şəhidlərin xatirə lövhələri önünə tər-qərənfillər düzüb.

Xaçmazlılar Şəhidlər Xiyabanını ziyarət edərək, qəhrəman oğulları yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə görüşü zamanı 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin vacib olduğunu vurğulayıb. Güclü ordumuzun sayəsində düşmən təxribatlarının qarşısının qətiyyətlə alındığı qeyd edilib.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.

Keçidlər