Xaçmazda faşizm üzərində qələbənin 69-ci ildönümü qeyd olunub.
10 may 2014 | 15:00
Bugün Xaçmazda 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında, faşizm üzərində qələbənin 69-ci ildönümü qeyd olunub. RİH-nin başçısı Şəmsəddin Xanbabayev müharibə veteranlarıyla görüşüb, onları bayram münasibəti ilə təbrik edib. Daha sonra veteranların şərəfinə ziyafət təşkil olunmuş, onlara müxtəlif hədiyyələr təqdim edilmişdir.
1941-45-ci illərdə Xaçmazda Böyük Vətən Müharibəsinə 8539 nəfər yollanıb. Onlardan cəmi 3340 nəfər müharibə iştirakçısı vətəninə sağ qayıdıb. 2014-cü ilin 9 may tarixinə olan məlumata görə, Xaçmazda Böyük Vətən Müharibəsi iştirakçılarından 16 nəfər sağdır. Onlardan 2-si qadındır.