Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 16-da Xaçmaz rayonu Alıcqışlaq kəndi tam orta məktəbin yeni modul binasının açılış mərasimi keçirilib.

16 sentyabr 2019 | 16:00

  Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova, Xaçmaz Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagird və valideynlər iştirak ediblər.

  Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova yeni tədris ilinin başlanması münasibətilə müəllim, şagird və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. İlhamə Nəzərova son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib. 

  Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

  Qeyd edək ki, yeni məktəb binası 96 şagird yerlikdir. Bununla yanaşı Xaçmaz rayonunda modul tipli məktəblərin sayı doqquza çatdırılmışdır.

Keçidlər