Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Xudat şəhərində sakinlərin növbəti səyyar qəbulunu keçirib

05 sentyabr 2019 | 16:00

  05 sentyabr 2019-cu il tarixdə Rayon İcra Hakimiyyəti başçısının rayonun Xudat şəhərində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdə İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və  xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
  Görüş zamanı vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq verdi. Bir sıra məsələlər isə yerində həll olundu.
  Sakinlər onların müraciətlərinə baxılması üçün yaradılan yüksək şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər