Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Müşkür kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib
Xaçmaz rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Müşkür kənd sakinlərilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də rayonda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.
Görüş-qəbulda rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.