Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Dədəli kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib
17.10.2019-cu il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayevin növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yerlərdə mütəmadi səyyar qəbul və görüşlər keçirildiyini qeyd edib və belə görüşlərin, əhalini narahat edən problemlərin yerində öyrənib operativ həllində önəmli məqsəd daşıdığını bildirib.
Qəbul zamanı əhalini maraqlandıran məsələlər ətraflı dinlənilmiş, bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilmiş, digər məsələlərlə bağlı isə müvafiq dövlət qurumlarına müraciət edilməsi qərara alınmışdır.