Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyəti və YAP Xaçmaz rayon təşkilatı “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirmişdir.

17 oktyabr 2019 | 16:00

  17 oktyabr 2019-cu il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində Xaçmaz Rayon İcra Hakimiyyəti və YAP Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığı ilə  “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilmişdir.
      Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Prezident İlham Əliyevin Soçidə Valday Beynəlxalq Diskusiya Klubunun XVI illik iclasının plenar sessiyasında beynəlxalq hüquqa əsaslanan sərt qətiyyətli və məntiqli bəyanatı ilə əlaqədar tədbir iştirakçılarına geniş məlumat verdi.
      Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Xaçmaz rayon təşkilatının Şura üzvü İlhamə Nəzərova çıxış edərək bildirmişdir ki, Prezident İlham Əliyevin xarici siyasəti milli maraqlara söykənir. İlhamə Nəzərova dövlət Başçısının   sessiyada uğurlu çıxışından bəhs etmişdir. Daha sonra  YAP Xaçmaz rayon təşkilatının sədr müavinləri Abasyar Heydərov, Sevinc Sədullayeva, Gənclər Birliyinin üzvü Amil Rəhimov çıxış etmişdir.

Keçidlər