Şriftin ölçüsü :

Saytın rəngi :

Xudat şəhərində yeni təmir olunmuş uşaq bağçası istifadəyə verilib.

28 oktyabr 2019 | 16:00

  Xudat şəhərində USAID-in və Xaçmaz Rayon İcra Hakimiyyətinin maliyyə vəsaiti,  yerli bələdiyyə və icma üzvlərinin töhfəsi ilə təmir olunan  yeni bağçanın açılışı olub.

  Tədbiri çıxış sözü ilə açan Xaçmaz  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova  şəhər sakinlərini  yeni təmir olunmuş uşaq bağçasının  istifadəyə verilməsi münasibətilə təbrik edib. Ətraf ərazilərdə yaşayan sakinlərin də məktəbəqədər təhsil  ehtiyaclarını ödəmək qabiliyyətinə malik olan müəssisədən  xeyli insanın  insanın yararlanacağını bildirib. İlhamə Nəzərova  dövlət Başçısının təhsilə olan qayğısından bəhs edib. 

  Açılışda çıxış edən qonaqlar sakinlərə və valideynlərə bağçanın müasir imkanlarından istifadə etməyə çağırıblar. Daha sonra bildirilib ki,  USAID-in SEDA layihəsi çərçivəsində yerli sakinlərin istəkləri nəzərə alınmaqla gələcəkdə həm səhiyyə, həm də kənd təsərrüfatı sahələrində yeni proyektlərə imza atılacaq. Bu vaxta qədər isə USAID və İqtisadiyyat Nazirliyinin əməkdaşlığı çərçivəsində Azərbaycan üzrə 120 kənddə 300000-dən çox insanın faydalandığı 160 layihə həyata keçirilib.

Keçidlər