Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşları qəbul etdi

06 noyabr 2019 | 16:00

  06 noyabr 2019-cu il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşları qəbul etmişdir. Vətəndaş qəbulunda 152  nəfər rayon sakininin müraciəti dinlənilmişdir. Keçirilmiş qəbulda müxtəlif sosial kateqoriyalardan olan vətəndaşlar iştirak etmişdir. Vətəndaşlar tərəfindən edilmiş müraciətlər müxtəlif sahələri əhatə etmiş və hər bir problemin həllinə fərdi olaraq yanaşılmışdır. Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə  tapşırıqlar verilmişdir. Rayon rəhbəri qəbul zamanı bildirmişdir ki, rayonun sosial-iqtisadi inkişafını yüksəltmək, əhalinin maddi rifah halını təmin etmək, rayonun  abadlaşdırılması  Xaçmaz Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas məqsədlərdən biridir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı   vətəndaşların diqqətinə çatdırmışdır ki,   sakinlərin qaldırdıqları hər bir problemə diqqətlə yanaşılacaq, onların həlli üçün qəti qərarlar qəbul ediləcəkdir.  

Keçidlər