Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonun Seyidlikəndyeri kəndində səyyar görüş keçirib.

08 noyabr 2019 | 16:00

  08.11.2019-cu il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonun Seyidlikəndyeri kəndində səyyar görüş keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, müəssisə rəhbərləri və kənd sakinləri iştirak edib.
      Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar haqqında sakinlərə ətraflı məlumat verdi. İcra başçısı regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işlərinin Xaçmaz rayonunda da yüksələn templə davam edəcəyini bildirdi.
      Ünvanlı dövlət sosial yardım, yolların asfaltlanması, məktəb və körpələr evi-uşaq bağçasının təmir edilməsi, köhnəlmiş elektrik dirəklərinin yeniləri ilə əvəz olunması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.
        Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər