Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Dövlət Bayraq Günü ilə bağlı tədbir keçirilib.

08 noyabr 2019 | 16:00

  Noyabrın 8-də Xaçmaz  rayonunda  Dövlət Bayraq Günü ilə əlaqədar “Bayrağımız  qürur mənbəyimizdir!” adlı tədbir keçirilib.   Bayraq Meydanında reallaşdırılan tədbir   Xaçmaz  Rayon İcra Hakimiyyətinin   təşkilatçılığı ilə həyata keçirilib.Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyasının Xaçmaz  Rayon Təşkilatının üzvləri, Qarabağ  müharibəsi əlilləri, veteranları,  idarə, müəssisə rəhbərləri,  rayon ictimaiyyəti və rayonun fəal gəncləri iştirak etdilər.
      Tədbir ilk olaraq Dövlət Himninin  səslənməsi   ilə start götürmüşdür. Sonra çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova   ölkəmizdə dövlət rəmzlərinin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətindən bəhs etdi. Gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən və Prezident cənab İlham Əliyevin Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırdı.
     Daha sonra 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə fleşmob və «Bayraq Yürüşü» keçirildi. Tədbirdə  rayon orta ümumtəhsil məktəblərinin şagirdləri vətənpərvərlik mövzusunda kompozisiyalarla  tədbir  iştirakçıları qarşısında çıxış etdilər.
       Tədbir Bayraq Muzeyinə baxış keçirilməsilə  davam etdirildi.

Keçidlər