Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı rayonun Xudat şəhərində vətəndaşlarla növbəti səyyar görüş keçirdi.

09 noyabr 2019 | 16:00

  Xudat şəhər  sakinlərinin qarşılaşdığı problemlərin  yerindəcə öyrənilməsi və operativ həlli  məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 09 noyabr 2019-cu il tarixində hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərlərinin  iştirakı ilə vətəndaşlarla görüş keçirmişdir.  Rayon İcra Hakimiyyətinin başçısı   Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların rifahının yaxşılaşdırlması istiqamətində aparılan sosial islahatlar haqqında  sakinlərə geniş məlumat verdi.
     Səyyar görüşdə sakinlər tərəfindən qaldırılan problemlərin  bir qismi yerindəcə həll olunub,  bir sıra məsələlərin  operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib. Daha sonra İcra başçısı Xudat şəhər ərazisində yerləşən sosial təyinatlı obyektlərlə gedərək, oradakı vəziyyətlə  tanış olmuşdur.  
      Sonda sakinlər tərəfindən  şəhərin yaxın perspektivdə inkişafı ilə bağlı müəyyən təkliflər səsləndirildi.

Keçidlər