Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar görüşü Yalama kəndində keçirilib

12 noyabr 2019 | 16:00

  2019-cu il noyabr ayının 12-də Yalama kəndində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar görüş keçirib.

   Yalama kənd sakinləri ilə görüşdə  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

   Rayon İcra Hakimiyyətinin başçısı   Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların rifahının yaxşılaşdırlması istiqamətində aparılan sosial islahatlar haqqında  sakinlərə geniş məlumat verdi.

   Səyyar görüşdə kənd sakinləri  mövcud olan bəzi problemlərdən söz açıblar. Kənddə köhnəlmiş elektrik dirəklərinin  dəyişdirilməsinə, Ukuroba, Zuxuloba və Düztahiroba kəndlərinin qazlaşdırılmasına, kənddaxili avtomobil yollarına asfalt-beton örtüyünün  vurulmasına, kənddə ictimai nəqliyyatın təşkilinə,  Yalama kənd tam orta məktəbinin və uşaq bağçasının əsaslı təmir edilməsinə  ehtiyac olduğunu  diqqətə çatdırıblar.

   Daha sonra sakinləri narahat edən müxtəlif məsələlərə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aydınlıq gətirilib, vətəndaşların  qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib, qeyd olunmuş  problemlərin həlli nəzarətə götürülüb.    

Keçidlər